Güney Azərbaycanda son hadisələrə münasibəti
Azərbaycan Türk milləti !
Azərbaycan milli hərəkatı
böyüyüb inkişaf tapdıqca onunla mübarizə aparıb, sındırmağa çalışan Fars
şovinizminin metodlarıda deyişir və bundan sonrada elə olacaqdır. Bu
metodlar qarşısında dayanaraq, sınmadan , qırılmadan, usanmıyaraq
demokratik metodumuzu deyişmədən müqavimət göstərib beynalxalq usullara
dayanaraq fars şovinizmini rusvay etmemiz ən etkin yol hesab
edilməkdədir. Günüy Azərbaycandakı bu
ağır şəraitdə xaricdəki quvvələrin son hadisələr və tutuqlamalara qarşı
apardıqları aksiyalar, müraciət və münasibətlər açıqca göstərirki , fars
şovinizminin yola saldığı bu rəvani mübarizənin nəticəsi onun xeyrinə
olmamışdır və olmuyacaqdır. Bu aksya və fəaliyətlər Güney Azərbaycandaki
milli fəallar və özəlliklə siyasi zindanilərimizdə var olan ruh
yüksəkliyini dahada gücləndirəcəyi inkar edilməzdir. Ona görə biz
milli Şura olaraq bütün bu çabaları dəstəklir, kim vəya kimlərin
tərəfindən atılmasına baxmıyaraq onlara qoşulmağı özümüzə milli borc
sayırıq. Bu vsilə ilə Tehranda
iftar süfrəsində tutulanlardan, halən ortaçağ usulları ilə qorxunc Evin
zindaninin 209- cu bəndində saxlanılan cənablar : Əlriza bəy Sərrafi Əkbər bəy Azad Həsən bəy Raşidi Səid bəy muğanlı Həsən bəy Rəhimi
Huseyn bəy Heydəri Abbas bəy Nəimi Mehdi bəy Nəimi Səyyad bəy
məhəmmədiyan gilin qeyri qanuni tutuqlanaraq , təcriddə
saxlanılmalarını şiddətlə qınayır və onların qeyidsiz- şərtsiz azadlığa
buraxılmalarını tələb edirik. Jurnalistlik fəaliyətindən
başqa bir suçu olmuyan xanim Şəhnaz Qulamiyə kəsilən 6 aylıq qəti zindan
hökmü qədər ədalətsiz qəzavətin dərhal durdurulmasini tələb edirik. Aylardan bəri Təbrizdə
tutulub, bugünə qədər durumlarını bildirmədən və ailələri ilə görüşmə
imkanını yaratmadan hardasaxlandıqları məlum olmuyan tələbələr , cənab : Səccad Radmehr Daryuş hatəmi
Məcid Makui - gilin
durumlarının aydınlaşmasını tələb edirik. Aərbaycan Türk millətinin
çağdaş milli hərəkatı beynalxalq usullara dayanaraq, qanuni insan
haqlarini və BMT bəyannamələri əsasında milli müqəddərati təyin
prensiplərini tələb etməkdədir. Onun üçün ayağa qalxmış millətimizə
olan bu təzyiqləri insanlıq prensiplərinə uymuyan və beynalxalq insan
haqlarına ayqırı sayır və qınayırıq. Siyasi zindanilərimizin ailələrinə,
özəlliklə son günlər sayın Fəraz bəy Zehtabi və Aydın bəy xacei - nin
ailələrinə olan təziqlərin durdurulması bütün insanlığın istəyi olmuşdur. Bu vəsilə ilə fars
şovinizminin bütün qanatlarına, özəlliklə Tehran hakimiyətinə bildirmək
istəyirik ki, bu asdı kəsdi siyasəti indiyə qədər nəticə vermədiyi
kimi bundan sonrada nəticəsiz olacaqdır. Sadəcə, günü- gündən güclənən
və geriyə dönüş imkanı olmuyacaq qədər yayılaraq genişlənən Azərbaycan
milli hərəkatının fəalları və türk millətinin ürəyində sağalmaz bir yara
açacaqdır. Özəlliklə gənclərimizin içində qazdığınız bu yaranın
sızıltıları bir gün tufana dönüşərək kökünüzün kəsilməsi üçün tırpan
olacaqdır. O gün bu cavanların
qarşısını kimsə alamıyacaqdır. Gec olmadan bu azadlıq quşlarını Evin
qəfəsində saxlamaqdansa, onları azadlığa buraxıb, milli haqlarımızın
necə təmin edilmə yollarını müzakirə etməniz bölgədəki bütün xalqların
xeyrinə olacaqdır. Güney Azərbaycan Milli
Birlik Şurasi Baş
komitə Tarix : 2008-09-24 |