Böyük Rəsuloğlu : 18. may 2008
Xurdad dirçəlişinin ikinci il dönümü !






Azərbaycan türk millətinin 22 may 2006 –
cı il təbriz şəhərindən başlatdığı mill
qalxış milli hərəkətimizin ən böyük
addımı, ən böyük başarısı olmuşdur. 30
milyonluq güney Azərbaycanın siyasi
potansiyelini və bükülməz biləyini
dünyaya göstərən bu dirçəliş haqlı
olaraq bir çox vətəndaşımız tərəfindən
təhlil edilərək nəticələr alınmışdır.
Milli haqlarımızın təmini üçün
demokratik qaydalara söykənərək aparılan
bu mübarizədə cavanlarımız, hətta
yaşlılarımızda böyük çətinliklərə
qatlanmalı oldular. Ancaq Azərbaycan
milli hərəkatının Babək qalasından
sonra başlatdığı bu yürüşlə qazandığı,
itirdiyindən qat- qat üstün olmuşdur.
Gərçi siyasi zindanilərimizin başına
gətirilənlər, millətimizi hədə qorxu ilə
duvara qısnıyanların, şkəncələrə məruz
qoyanların günahı bağışlanmaz qədər
böyükdür və unudulmamalıdır.
dəvamı
...
19 mayıs

kar ateş: 1919 inci ilde türk dünyasının en
büyük liderlerinden biri ve türkiye bagımsızlığının
qehremanı olan bizim atatürk bandırma dan gemiyle
samsuna gider ve buradan bağımsızlık savaşını başlar
ve bu savaşların sonu türkiye cumhuriyetinin
qurulmağı olar . bu savaşta türk gencleri öz
canlarını qurban etiklerine göre . her il 19 may
türkiyede spor ve gencler günü olarax qutlanır .
Atatürkün genclere ve ülkeye söylediği bezi cümleler
, bu cümleler bizede bir azerbaycan türk genci
olarax ilgili ola biler :
1) tüm ümüdüm gençliğe dir
2) Çalışmadan , yorulmadan , öğrenmeden , rahat
yaşama yollarını alışqanlıx haline getirmiş
milletler evelce heysiyetlerin ve daha sonra
istiqlaliyet lerini itirmeğe mehkümdülar .
3) danışmax mozusu veten olan zaman gerisi teferruat
dır
4) tam bağımsızlıx ancax ekonomi bağımsızlıxla
mümkündür
5) men lazım olan zaman en boyuk hediyem olmaxa göre
türk milletine canımı vereceğem
6) türk dili dillerin en zengin lerindendir yeter ki
bu dil şuurla işlensin
7) türk genci ecdadını tanıdıxca daha boyuk işleri
görmeqe özünü güclü his edersin
8) egemenlik qeydsiz şertsiz milletindir
9)bilex ki milli menliqin bilmeyen miiletler başqa
milletlere yem olurlar
10) cümhüriyeti boşuna qazanmadıx bunu almax için
qan döktüx
11) doqudan indi doqacax olan güneşe baxın !! bügün
, günün çıxmaqını nece görürem , uzaxatan bütün doqu
milletlerinin de oyanışını ele görürem
Güney Azerbaycan
Mayıs 2006 Ayaklanmasını 2. Anma Yürüyüşü Bildirisi

Saygıdeğer Basın mensupları!
Malumunuz üzere, İran İslam Cumhuriyeti
olarak adlandırılan ülkede yaklaşık 35 milyon Türk
yaşamaktadır. Bunların yaklaşık 30 milyonunu
Azerbaycan Türkleri, geri kalanı ise Kaşgay
Türkleri, Horasan Türkleri ve Türkmenler
oluşturuyor. Fakat bu 35 milyon Türk her türlü milli
haklardan yoksun bırakılmakta, milli varlığı yok
edilmek istenmektedir. Şovenist Fars rejiminin
Türkler üzerinde uyguladığı asimilasyon politikası
her geçen gün daha da artmaktadır. İran nüfusunun
yarısından fazlasını oluşturan Türk Milleti Türkçe
eğitim almaktan bile mahrum bırakılmıştır. Oysa ki,
kendi dilimizde eğitim alma hakkımız İran
Anayasasının 15. maddesinde yer almaktadır. 35
milyon Türk’e bir ilkokul bile açtırmayan Fars
rejimi, İran coğrafyasında yaşayan Ermenilere bu
hakkı fazlasıyla tanımaktadır ve nüfusu 50 bini
geçmeyen Ermenilerin üniversiteleri bile vardır.
dəvamı
...
Öyrənci
günü qutlu olsun!
Böyük Rəsuloğlu: Azərbaycan
Türk gəncliyinin fədakarcasına çalışaraq, ordibeheşt
ayının 19 – nu “Azərbaycan öyrənci günü” kimi qeyd
etməsi milli hərəkətimizdə atılan iri addımlardan
biri olmuşdur. Bu vesilə ilə bütün gəncliyimizi
özəlliklə dəyərli tələbələrimizi səmimi qəlbdən
təbrik edirəm.
İki il öncə bugünü
seçmək üçün apardığınız fəaliyətlərdə də bildirdiyim
kimi iki məsələyə bir daha toxunmaqda fayda görürəm.
1- Şimali
Azərbaycan cumhuriyətində geniş elmi, mədəni,
iqtisadi və siyasi imkanlar olduğu kimi böyük tələbə
potansiyelinədə yiyələnmişdir. Fikrimcə Güney və
Quzey tələbərinin arasında yaxın əlaqələrin
yaranması millətimizə böyük fayda sağlıya bilər.
Bugün siyasi məqsədlərdən uzaq ancaq dil, ədəbiyat
və mədəniyət sahələrini əhatə qapsıyan bir dairənin
ichində bütöv Azərbaycan öyrəncilərinin bir araya
gəlməsi mümkün olduğu kimi gələcəyimiz üçün
zəruridir. Ümid edirəmki əziz gənclərimiz bu haqda
daha çox fikirləşib zaman qoyacaqlar.
2- Öyrənci
hərəkatının məktəblərə yayılması, aydın gələcəyin
muşduluqçusu ola bilər. Gənclərimiz gələcəyimizin
təminatı və hərəkətimizin yorulmaz quvvəsidir. “
gələcək bizimdir “ şuarının həyata geçməsi üçün
bütün ümidlər sizlərədir.
Bir daha bugünü
təbrik edərək sizlərə gözəl həyat, millətimizə
azadlıq və bolluq, yurdumuza aydın günlər arzu
edirəm.
Aslan Sulduz seçgilərdə qalib gəldi !

Güney Azərbaycan öyrənci hərəkatının verdiyi xəbərə
görə batı Azərbaycanın Urmu və Sulduz şəhərlərində
millətimiz qalib gəlibdir.
Bu başarını Azərbaycan Türk millətinə təbrik diyərək
Aslan Sulduzumuzun Xurdad şəhidlərinin qarşısında
əyilib , ruhunuz şad olsun deyirəm.
Qoy yurdumuza göz tikənlər bu sonuçlardan nəticə
alıb, başımızı bundan artıq qatmasınlar. Qoy sapı
özümüzdən olan baltalar utansın, qıpcansın, huşu
varsa başına gəlsin, tobə etsin və bundan artıq
günah dağarcığını doldurmasın. Artıq geçdi o
zamanlar , yeni dövran başlayıb, Azərbaycan milli
hərəkatının mərd iyitlərini Yəzddəndə oyana sürgün
etsələr ayağa qalxmış bu milləti aldatmaq, yatırtmaq
vəya yıpratmaq mümkün olmuyacaqdır. Bütün hücümların
qarşısında mərdanə dayanıb, bütün milli haqlarımızı
sonuna qədər almağa qərarlı olan gənclərimiz
millətimizin üzünü ağartmışdır.
Əminəmki sitələrimiz, xəbər ajanslarımız, radyo və
TV- lərimiz batı Azərbaycandakı uğurlarımızı bütün
dünyaya çatdırıb , terorizmin yalançı təbliqatının
və uydurma xəritələrinin kökünü kəsəcəkdir.
Xurdad dirçəlişinin il dönümünə az bir zaman
qalarkən, Təbriz biliyurdundakı tərpəniş və milli
fəallarımızın yeni planlarla dirənişləri ” gələcək
bizimdir ” şuarının yeni muşduluqçusudur.Bu uğurlar
münasibəti ilə qəhrəman millətimizi, özəlliklə
fədakar gənclərimizi bir daha təbrik edirəm.Yaşasın
Azərbaycan – Tanrı Türkü qorusun.
Böyük Rəsuloğlu 26.04.208
Sulduz
Həftəsi !

Boyuk Resuloglu:Azərbaycan
milli hərəkatı böyüdükcə inanılmaz başarılara qol
çəkməkdədir. Güney Azərbaycanda dəyərli
gənclərimizin “ Sulduz Həftəsi “ elan etməsi ilə
artıq tariximizi özümüz yazmağa başlamışıq anlamı
ortaya çixmişdir. Bu zərurəti duyan və məzlum ama
məğrur millətimizin haqqını- hüququnu qoruyan bu
milli təfəkkürlü gənclərimizə eşq olsun.
dəvamı
...
İLƏTİŞMƏ 2: XANIM RUQƏYYƏ LEYSANLININ İRAN
YETGİLİLƏRİ TƏRƏFİNDƏN İNSAN HAQLARININ TAPDANMASI

Ruqəyyə
xanım Leysanlının insan haqlarını qorumaq üçün
İlətişmə 2-ni hüzurlarınıza sunuruq ki, onun
haqlarını İran yetgililəri ardıcıl ayaq altına
salmışlar və onu 12 April 2008-də yaxalamaq sonra
buraxmaq ilə amansızlıqlarını büruza verdilər. Bu
İlətişmə onun haqqında olan qabaqkı İlətişmə 1-in
(Say: 416.2006; Tarix: 29 Novambr 2006) üzərinə
əlavə olunur.
dəvamı
...
"Öyrənci"nin
Azərbaycan Siyasi Məhbuslarını Müdafiə
Assosiasiyasının sədri Faxtə Zamani ilə müsahibəsi
"Azərbaycan
Milli Hərəkatı beynəlxalq səviyyədə tanınmaqdadır"

Azərbaycan
milli fəallarının tutulması hallarının çoxalması və
onlara təzyiqlərin artması Azərbaycan Tələbə
Hərəkatını öz enerjisinin böyük bir hissəsini hüquq
müdafiəçiliyinə yönəltməyə və bununla da
Azərbaycanda senzura atmosferinin formalaşıb qalib
gəlməsinə maneçilik törətməyə vadar etmişdir. Bu
baxımdan "Öyrənci" imkan daxilində həbslər barədə
xəbərlərin yayılmasına çalışır.
dəvamı
...
Ustad
Semed Serdarinia Vefat Etti
Eziz dostum deyerli qardashim
sayin DR. Semed bey Serdarinia,

Ruhunun qarshisinda eyilerek, tanidigim en semimi ve
sedaqetli bir Azerbaycan balasi kimi tanridan sene
rehmet ve hormetli ailenize bash sagligi dileyirem.
Ister Varliq jurnalindaki chalishmalarimizda
istersede Bakidaki gorushlerimizde Azerbaycanimiza,
ozellikle mezlum Tebrizimize olan sonsuz
mehebbetlerizi xatirladiqca goz yashlarimi tutamiram.
Ama ne fayda, erken ayrildin ichimizden ve
arzuladigin gozel gunleri gormeden hesret qaynagi
oldun yurdumuza. Ne deyim , ne yazim bilmirem , ama
kashki yaninda olaydim ve o mehebbetli sozlerine son
bir defa olsun bele qulaq asaydaim.
Eminemki qedir bilen milletimiz deyerini bilecek,
son menzile senin leyaqetin boyda mohteshem bir
yurushle qoshulacaq. Tanri rehmet eylesin.
Urek agrisi ile : Boyuk Resuloglu
Ayıq ol millət !

Böyük Rəsuloğlu:
“ İranda demokrasi və ölkə bütövlüyünü qorumaq üçün
Azərbaycan hərəkatı “ adı altında son günlər
yayılan bəyaniyə əslində Azərbaycan Türk millətinin
başına tikilmiş papaqdan başqa bir şey deyildir.
Bu bəyaniyəni imzalıyanların içində bəzi görkəmli
şəxsiyətlərin olması sadəcə milləti aldatmaq üçün
aldatılmış vəya xəbərləri olmadan adları yazılmış
Azərbaycanlılar ola bilərlər. Aydındır ki, İran
siyasətində Azərbaycani yem kimi işlədib özlərinə
ad, sərvət və məqam tapanlarda az olmamışdır.
Bunların içində ən nadanları belə Fars şovinizmi
tərəfindən böyüdülərək başımıza bəla edildikləridə
hamımıza aydındır.
dəvamı
...
31 Mart soyqırımı


1918-ci ildə
Urmiya, Xoy, Maku, Salmas, Bakı, İrəvan, Şamaxı,
Quba, Şuşa, Gəncə, Lənkəran, Kürdəmir və digər
şəhərlərdə, kəndlərdə azğınlaşmış erməni quldur
dəstələri dinc əhaliyə divan tutmuş, 100 minlərlə
insanı qətlə yetirmişlər.
Ermənilər
soydaşlarımızı xüsusi qəddarlıqla öldürür, yalnız
öldürməklə kifayətlənmir, başlarını, qulaqlarını,
burunlarını kəsir, gözlərini çıxarır, başlarının
dərisini soyur, qadınların döşlərini kəsir,
qarınlarını cırır, uşaqları nizələrlə yerə
mıxlayırdılar. Erməni terrorizmi və vəhşiliyi təkcə
Azərbaycan deyil, bütün dünya üçün təhlükədir.


GENƏL İLƏTİŞMƏ 1:
GÜNEY AZƏRBAYCANDAN FARSİSTANA KÖÇÜRÜLMÜŞ CƏNAB
LEYSANLIYA İRAN YETGİLİLƏRİ TƏRƏFİNDƏN ƏNQƏRİB
QAMÇILAMA RİSKİ
Cənab Abbas Leysanlı haqqında
Genəl İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, onun
insan haqlarının dirçəltməniz üçün kampaniya
aparasınız. O indi ənqərib qamçılama riskinə
məruzdur və Amnesty İnternational-ın buraxdığı
Təcili Aksiyaya görə onun Yəzdə köçürülməsi
qamçılama cəsarətinə vasitə idi. Üstəlik, Amnesty
İnternational bildirir ki, İran dövlət olaraq Mülki
və Siyasi Haqlar üzrə Beynəlxalq Anlaşmasına qol
çəkmiş ki, buda işgəncəni apaçığına qadağan etmişdir.
Təcili olaraq diqqətinizə çatdırmaq istərdik ki,
sizin işgüzar kampaniya aparmağınıza ciddi zərurət
vardır.
dəvamı
...
CƏNAB LƏYSANLININ ZORAKILIQLA GÜNEY AZƏRBAYCANDAN
BİR FARSİSTAN HƏBSXANASINA KÖÇÜRÜLMƏSİ

Cənab Leysanlı Haqqına
İlətişmə 1-ə Son Durum 11-i hüzurlarınıza sunuruq,
ki bu İlətişmə şikayət diyə (Say: 378.2006; Tarix:
31 Ayqust 2006) sunulmuşdu və ardınca Son Durumlar
və Bulletenlər lazimi bilgilər ilə sizi cərəyanda
qoymuşdu. Son Durum 10-da (Say: 478.2006; Tarix: 13
Yanvar 2008) onun Ərdəbil həbsxanasından Əhər
həbsxanasına köçürülməsi ilə sizi xəbərdar etdik.
Ondan bəri İran yetgililəri onun insan haqlarını
tapdamaqda heç nədən çəkinməmişlər. Bu barədə misal
bunlardır: onun ailə üzvlərinin görüşlərinə əngəl
törətmişlər və onu şaxta həbsxana hücrələrində
saxlamışlar.
dəvamı
...

OGUZ- ƏRGƏNƏGON BAYRAMINIZ
MÜBARƏK




Urmu
seçgilərinin nəticələri !

Böyük Rəsuloğlu : Azərbaycan
Türk millətinin Urmu seçgilərinin birinci
addımındakı başarısını təbrik edərək ikinci tura
hazırlanmağın vacibliyini vurqulamağı milli borc
sayıram.
Əsasən seçgiləri kimin və harda boykot etməsindən
vəya qoşulmağa çağırmasından asılı olmuyaraq boyuk
siyasi geçmişə sahib olan millətimiz ən doğru yolu
seçmişdir. Batı Azərbaycanda yüksək fəaliyət
göstərərək Azərbaycanın milli mənafein qorumaqla
birlikdə Təbrizdə düşük iştiraki ilə öz sözünü
demişdir. Ancaq bəzi quvvələrin aldatmacalarına
baxmıyaraq “ Azərbaycan öğrənci hərəkatının”
seçgilərin nəticəsinə göstərdiyi münasibətdə
vurquladığı çox əhəmiyətli bir fikirə toxunmaq
istəyirəm. Onlar yazırlar “ Təbrizdə iştirakçıların
az olmasını, Azərbaycan milli hərəkatındakı bəzi
qurum və şəxsiyətlərin təhriminə bağlamaq doğru
deyildir. Çünkü başqa bölgələr o cümlədən Tehran və
İsfahanda da iştirak nisbəti % 30 altında olmuşdur
və buda Əhmədi Nəjadın apardığı qələt siyasətin
nəticəsidir”.
dəvamı
...
Azərbaycan Türk
milləti !

Başda dəyərli milli mübariz Abbas bəy Leysanlı
olmaqla bütün siyasi zindanilırimizi, milli
fəallarımızı və şərəfli millətimizi yeni il
münasibəti ilə təbrik edirəm.
Arzu edərək inanıram ki, xaric və daxildəki milli
fəallarımızın geniş çabaları nəticəsində yaxın
gələcəkdə bütün siyasi zindanilərimiz bayramlarını
öz ailəsinin yanında geçirəcəkdir.
Azərbaycan Türk millətinin gözəl qaydalarından olan
“ bahar bayramında bütün ailənin bayram süfrəsinin
başında oturması” ən-ənəsini xatırlarkən Abbas bəy
Leysanlının ana topraqdan uzaqlarda dar sellulda,
tək başına qarşılamağa məcbur olduğu bu bayram,
ürəyim çox sıxılır.
Bayram təbrikində şən və sevincli sözlər yrinə,
zəncir yaralarının qaşınan közlərindən danışaraq
millət fədailərini alqış, zalim quvvələri qarqışla
qarşılamaq, dərdimizin dərinliklərindən xəbər verir.
Bu sözlər bayram mədəniyətimizə uygun olmasada, qoy
hür yaşıyacaq gələcək nəsillərimiz atalarının başına
gələnləri xatırlasın və bütöv Azərbaycanımızın
bütün varlıqlarını daha ciddi qorusun.
Bayram qaydalarımızdan biri olan “ bayramda bütün
küsülülər barışar” fəlsəfəsini xatırladaraq bütün
milli fəallarımızı və millətimizi Azərbaycan
ocağının başında birlikdə tonqal qalamağa çağırıram.
Bugünkü bayramlarımız acı geçsədə “ gələcək
bizimdir” düşüncəsinə dərindən inanıram.
Yaşasın Azərbaycan – Tanrı Türkü qorusun.
Sayqılarımla : Böyük Rəsuloğlu 18.03. 2008
Bizim dil

Böyük Rəsuloğlu:
Iki gün öncə dəyərli dostum ,
böyük alim , Türkçü Türkolog, yazar- qoşar sayın
Suleyman oğlu bəy ilə telefon danışıqlarımızda bu
sözləri eşitdim. O dediki ”Türkcə deniz deyil
bir oqyanusdur, içinə girdikcə əzəməti qarşısında
əyilərək boğuluram, bizə olan haqsızlıqlar və
dilimizə qıyılmış yalançı iftira və təhriflər məni
lap dəlirtir”.
dəvamı
...
8 Mart
Dünya
Qadınlar Günü qutlu

Çox gec olmadan
gəlin dilimizə sahib çıxaq

Sirus
Azadi:
Əziz soydaşlarim aşağıda oxuyacağınız yazi bir
kampaniyadir. Çox istərdim bütün millət sevərlərimiz
bu kampaniyada iştirak etsinler və bu kampaniyanin
geniş yayılması və yer almasında fəal olsunlar!
Dəyərli soydaşlarım! Dil hər
bir millətin ruhu, mənəvi varlığı və demək olar ki
mili kimliyidir. Bu nədənlə Güney Azərbaycanda
öz ana dilində təhsil almaq, oxuyub yazmaq və bu
kimi mənəvi varlığına sahib çıxmaq uğrunda son 85
ildə uzun mucadilə yolu keçmişdir və heledə bu
mucadilə devam etməkdədir. Çox təccub doğuran bir
məqami sizlərlə paylaşmağı ən azından özümə borc
bildim
.
dəvamı
...
AZƏRBAYCANLI
HÜQUQ MÜDAFİƏÇİSİ,
ÖYRƏNCİ
VƏ
JURNALİST
RİZA DAĞİSTANİ HAQQINDA ULUSLAR ARASI
ƏFV
TEŞKİLATININ BƏYANATI

PUBLIC AI Index: MDE
13/040/2008
6 Mart
2008
İşgəncə
ehtimalı
Riza
Dağistani, 27, Azərbaycan
hüquq müdafiəçisi,
Öyrənci,
Jurnalist
Azərbaycanlı
hüquq müdafiəçisi
Riza Dağistani, 2008 fevralın 21-də
Urmiyə'dəki
evində
tutulub. Onun evi axtarılıb və
bilgisayar, CD'lər,
yazılar və
kitablarını, nəşriyesinin
çap
materialları
ilə
birlikdə
müsadire edibler. Onun
ıÜüişgəncə
təhlükəsi altında olduğu bildirilir.
dəvamı
...
Qırılan zəncirlər


Böyük Rəsuloğlu:
Azərbaycan Türk millətinin
əziz və dəyərli iğidləri, sayın Səid bəy Mətinpur,
Riza bəy Qənilu və Əlirza bəy Mətinpur, ağır
şərtlərlə olsada qollarızdakı zəncirlərin açıldığını
eşidən hər isan kimi məndə hədsiz sevincimi
bildirmiklə sizlərə olan borcumun kiçik bir payını
ödəmək istərdim. Bir ilə yaxındır ki, sizlərin o
dehşetli Evin zindanında çəkdiklərizi düşünərkən
azadlığızın arzusunda olan bütün millətimiz kimi bu
xəbəri eşiddikdə, yaralı ürəyimin ən
dərinliklərindən gələn yüksək səslə bağırdım “
yaşasın azadlıq, yaşasın Azərbaycan, yaşasın
anadilim, yaşasın demokrasi
dəvamı
...
Britaniya
parlamentinin onunde Xocali faciesinin 16-ci
ildonumu munasibetile aksiya kecirildi

Britaniya parlamentinin onunde Xocali faciesinin
16-ci ildonumu munasibetile aksiya kecirildi. London
Azerbaycan Cemiyyeti, Azerbaycanli Gencler Klubu ve
Britaniya Guney Azerbaycan Kultur Ocagi terefinden
teskil edilen aksiyada Britaniyadaki Azerbaycan
icmasinin numayendeleri ile yanasi, Turk Dernekleri
Federasiyasinin numayenedeleri de istirak etdi.
`Azerbycana qarsi olan ermeni terroruna son`, `Biz
savasi basladanlara qarsiyiq` kimi suarlarin
seslendirildiyi aksiyaya 200 nefere yaxin istirakci
qatildi. Aksiyada eyni zamanda Xocali facie haqqinda
informasiyanin oldugu vereqeler de paylandi. Tedbir
iki saat davam etdi.
Xatirladaq ki kecen il London Azerbaycan Cemiyyeti
ve Azerbaycanli Gencler Klubunun tesebbusu ile
Londonun merkezi kucelerinden birinde Xocali
faciesinin 15-ci ildonumu munasibetile aciq havada
sergi kecirilmisdi.
GENƏL İLƏTİŞMƏ 2:
GÜNEY
AZƏRBAYCAN MİLLƏTİNİN ANA DİLİNİN İRAN YETGİLİLƏRİ
TƏRƏFİNDƏN TAPDANMASI
Güney Azərbaycan millətinin ana dilini qorumaq üçün,
yeni bir Genəl İlətişmə hüzurlarınıza
sunuruq. Qabaqlarda bu baxımdan çoxlu İlətişmələr
hüzurlarınıza təqdim etmişik (örnək üçün: Say:
445/2007, Tarix: 22 Fevral 2007 və Say: 447/2007,
Tarix: 5 Mart 2007)
ki, bəlgəli olaraq isbat edək ki, İran İslam
Respublikası Əvrənsəl İnsan Haqları Bildirgəsini
Güney Azərbaycana qarşı tapdayır və hətta ən ibtidai
ana dilində təhsil haqqını bizə inkar edir.
Eləcə də bu illəri, Güney Azərbaycan milləti
Beynəlxalq Ana Dili Gününün qutlanması uğrunda
əzmini bir daha göstərdi, lakin İran yetgililəri
zorbalıqdan yenə də çekinmədilər. İran
yetgililərinin 2008-də Beynəlxalq Ana Dili Günü
münasibəti ilə etdiyi qəddarlığa gərəkən bəlgələri
aşağıda qeyd olunan kimi təqdim edirik:
dəvamı
...
STRASBURQDA MİTİNQ
Təcavüzkar Ermənistan əleyhinə birgə
addım:
XOCALI SOYQIRIMINA ETİRAZ MİTİNQİ

Hörmətli azərbaycanlılar!
Deyərli soydaşlar!
Azərbaycanımızın
tarixi-əbədi torpaqlarında təcavüzkar Ermənistanin
törətdiyi kütləvi qətlərdən olan Xocali
soyqirımından artıq 16 il keçir. 1992-ci il 26
fevral günü erməni silahlı qüvvələri tərəfindən,
Xocalı şəhərimizdə xalqımıza qarşı misli görülməmiş
vəhşiliklər törədildi, dinc əhalimiz amansızca qətlə
yetirildi, Xocalı şəhəri yerlə-yeksan edildi. Ancaq,
günahsız Azərbaycan xalqına qarşı törədilmiş bu
qanlı soyqırım, hələ də dünya ictimaiyyatı
tərəfindən kifayət qiymətini almamışdır və nəticədə
terrorist Ermənistan hələ də Azərbaycana qarşı
torpaq-təcavüzünü və öz zorakı siyasətini davam
etməkdədir.Deyərli
soydaşlar!
Günahsız Azərbaycan xalqına qarşı
törədilmiş bu vəhşi
qətliyamda indiki Ermənistan
prezidenti Robert Köçəryanın şəxsən iştirak etdiyini
xüsusi vurğulayıb
və bu şəxsin Beynəlaxlq Tribunala verilməsini tələb
etməliyik.Deyərli
soydaşlar!
Təcavüzkar Ermənistanın bu işqalçı
siyasətinə etiraz olaraq, bəşəriyyətə qarşı
törədilmiş bu soyqırımı məhkum edən, Vətənin və
insanın ülviyinə inanan azərbaycanlıları,
23 fevral 2008
tarixində, saat 14:00-dən 16:30-dək, Fransanin
Strasburq şəhərində - Place Broglie-də, (Strasburq
Azərbaycan Evinin, Türk ve Azərbaycanlı
Teşkilatların əməkdaşlığı ilə keçiriləcək mitinqə
dəvət edirik!
Gəlin, cinayətkar
Ermənistanın əleyhinə birgə addım ataq!
Gəlin, vəhşiliklər
törədən ve əhalimizi amansızca qətlə yetirənləri
məhkum edək!
Ƒlaqə
telefonları:
Mustafa ALINCA
00 33 (0) 6 09 81 60 37
Musalinca@aol.com
Ahmed
MEHRIBANI 00 33 (0) 3 88 97 90 info@azertabriz.org
Vazeh
ASGAROV 00 33 (0) 6 15 10 10 67 vazeh2000@yahoo.fr
Kozovo müstəqillikin
dünya ictimaiyyətinə elan etdi!

bulut altayli:
Keçmiş
yuquslavia fedrasiyasinin muxtar respobliksi son
reqiondu ki, qanli mucadilədən sonra müstəqillikin
elan edir və beynalxalq ölkəlerin sirasi qovuşur!
Hər azad
ve bağimsiz yaşamaqi istiyən xalq bilir ki, ne gözəl
anlami var köləlikdən qurtulmaq ve öz milli
bayrağinin dalğasinin altinda demokratik
prinsiblərə dayanaraq, bağimsiz ölkəni tarixin
proseslərindən uğurlu irəli aparmaq!
Gündən-
gündə kosovonun müstəqillikini taniyan dövlətlərin
sayisi çoxalsada, yuquslaviyanin canişini olan
zerbiya və onun ittifaqinda yerləşən dövlətlər bu
aci həqiqəti qəbul etməkdən qaçillar və əsil
şövinismi mahiyyətlərin beynalxalq ictimaiyyətə
tanitdirillar!
dəvamı
...
21
Fevral
Aünya
Ana
Dili
Günü Qutlu

Bir
millətin qadını, ərkəyi, gənci və yaşlısı madamki əl
- ələ verib problərinin həllinə çalışır, bütün
çətinliklərə baxmıyaraq qətiyən qalib gələcəkdir.
Milli fəallarımızın bu ağır şəraitdə, zindanlarda
basqı, eşikdə qamçı altında olmasına rağmen,
demokratik usullara dayanaraq ağıllı siyasət
yürütməsi bu millətin böyüklüyünə bir işarətdir. Qoy
nadanlar anlasınlar ki, bu səs artıq boğulan deyil,
gec olmadan ağıllansınlar, çünki gələcək bizimdir.
Əziz
dostlar sizin simanızda bu vəsilə ilə “ ana dili “
gününü Azərbaycan Türk Millətinə təbrik deyir,
qolumuzdaki zəncirin və dilimizdek qıfılın
açarlarını bu ölçülü çalışmalarda gördüyümü bəyan
edirəm.
Bu
münasibətlə 1993 – də bayram günlərində Urmuda
dediyim bir şeiri sizlərə təqdim edirəm. Bu şeir
varlıq jurnalında çap edilmişdir.
Dərin
hörmətlərimlə : Böyük Rəsuloğlu -
20.02.2008

“Söz”
söz ər (hər) millətin
varlığından doğar/Sözü
olmuyanlar açılcaq solar
dili haq verib,
haq verən həqlıdır/həqiqət
deyilsə sözün kəsrdir
Nəsimi
təkin söz deyib
ölməyən/Hürufi
sözündən ışıq görməyən
Nə anlar dərin
sözdən onlar görən/kəmali
gərəkdir kəlamdan hörən
sözün Türküsün qoy deyim dur
biraz/söz etmiş gözüm
yaşlarından Araz
söz ilhamdi ondan sora hər nə
var/bəsirətlə baxsan, o
sözdən doğar
sözün məntiqindən bəşər gül
yolar/sözün təhrifindən
qiyamət qopar
söz aləmdə
insanlığın şənidir/sözü
duymuyanlarda var bəllidir
söz etmiş
Fizuliləri paydar/Nizamiylə
Vaqif söz ilə durar
Məhəsti, sözün
ustasından soruş/bulaq
tək sözün axmayırsa sovuş
söz etmişdir insani
əşrəf gülüm/büzülmüş
dodaqdan sənə bal süzüm
söz oldur
çiçəkləndirər ölkəni/söz
ilə bu millət genə
dirçəli
Rəsullu,
söz ilə Azərbaycanın/çıxardaq
gərək göylərə bayrağın
1373
bayram günləri gözəl Urmumuz ( 1992)
Urmuda
seçgilər və Kürdlər ;

Böyük
Rəsuloğlu:
Azərbaycan Milli Hərəkatı böyük- kiçik bütün
imkanlardan yararlanaraq bütün sahələrdə irəliləməyi
bacarmalıdır. Biz mütəşəkkil olmağa can atarkən,
hərəkətimizi gücləndirərək özümüzün müdafiə
sistəmini yaratmaqla hücum planını hazırlamaqda
bütün fürsətləri düzgün dəyərləndirməliyik.
Batı Azərbaycan, özəlliklə Urmu və Sulduzda
seçgilərdə iştirak edib, Türk əsilli bir
nümayəndənin seçilməsindəki faydaları geçən
yazılarımda dərinliyinə araşdırdığım üçün artıq
vaxtınızı almaq istəmirəm, qısaca işarə etməklə
yetənirəm.
dəvamı
...
Xocalı
Faciəsindəndə ibrət almadıq

Böyük Rəsuloğlu
Keçmişini bilməyən bir millət gələcəyini düzə
bilməz.
Yaxın tariximizdə 1920-ci ilədək ermənilərin
törətdiyi Gəncə və Bakı qırğınını, Şamaxı, Naxçıvan,
Urmiya... soyqərəmlarını gördük, ancaq hələ bu
şəhidlərimizin qanı qurumamış Göyçəni, Zəngəzuru
verdik, onların ruhunu incidərək özümüzə çirkin bir
yaşayış qapısı açdıq.
Andronikin 3 min nəfərlik bir qoşunla Xoy şəhərinə
hücumu qarşısında bu şəhərin qeyrətli oğul və
qızlarının əl-ələ verərək düşməni məğlub etdiklərini
gördük, ancaq nədənsə əl-ələ verə bilmədik.
dəvamı
...
İranda
Seçkilər

Polat Əmirfəllah:Hər
zaman İran adlanan ülkede məclis seçkiləri
yaxinlaşsa,
Azerbaycan fəallarinin da
arasinda bir dərin mubahisə başlar ki birisi sağa və
o biridə sola çəkər.
Seçkiler nədən bu qədər önəmlidir