Ana Səhifə
 
Güney Azərbaycan Milli Birlik Şurasının Babək qalası yürüşünə Münasibəti

İstəkli soydaşlar, dəyərli Azərbaycan Türk milləti !

“Azərbaycan   Milli Hərəkatının “ inanılmaz sürətlə inkişafının müxtəlif səbəblərindən biridə, bəlkə ən önəmlilərindən biridə Babək qalasına yürüş mərasimi olmuşdur.

Bu səbəblər arasında, ədalətli mübarizə, demokratik qaydalara söykənmək, beynalxalq hüquq çərçivəsində milli- siyasi ülgü yaratmaq, gənclərimizin açıq və aydınca, qorxmadan – çəkinmədən “ haray haray mən Türkəm “ diyərək zindanları fəth etməsidə  yer almaqdadır. Ancaq  ən önəmlisi, İrançılıq adı altında Fars şovinizminə xidmətdən qopup, beyin yarıqlarımızda Türklük və Türkçülük prənsiplərini  yerləşdirməyimizidə unutmaq doğru olmazdı.

Fars şovinizminin yalançı tarixçiləri bütün milli qəhrəmanlarımızı özünə çıxdığı kimi, Azərbaycan uğrunda 22 il mübarizə apararaq nəhayət Samirədə  qolları kəsilərək şəhid edilmiş ulu Babəkimizidə  oğurlamağa çalışmışdır. Ancaq milli düşünürlərimiz, özəlliklə son zamanlar böyük ustadımız rəhmətlik Prof. Dr. Zehtabının çalışmaları və araşdırmaları buna imkan vermədi və bugün bu milli qəhrəmanımız bütün Azərbaycanlıların ürəyində yer almış və ona sevgi bəslənmişdir.

Çox qəribədirki, bu milli qəhrəmanlarımızı bağrımıza basdıqca, şovinistlər onları təxrib etməyə çalışır. Bunun ən bariz nümunəsi Babək  haqqında yaydıqları yalanlar yanında son zamanlar  Səttarxan, Bağırxan və başqalarınada yaraşmıyan iftiraları vurmaqlarıdır. Bu isə bilərək vəya bilmiyərək İranda farsçılıq siyasətinin arxasınca gedən soydaşlarımıza bir oyanış qamçısı olmalıdır. Onlar sizi, yükləri məqsədə çatdıqdan sonra zəlil edəcəklər, millətizin qoynuna dönünki ən isti və əmniyetli yuvadır.

Dr. Zehtabi Babəkin doğum günün tir ayının ( Jul) əvvəllərində təsbit etdikdən sonra Təbrizdə “ Azərbaycan Ocağında” müzakirə edərək Babək həftəsi vəya Babək qalasına yürüş mərasimini planlaşdırdı və 1995- ci ildə ilk dəfə olaraq 23 nəfərlik bir milli mübariz qrup ilə bu qalaya yürüşü başlatdı. Az bir müddət ərzində bu hərəkət keyfiyət və kəmiyət baxımından o qədər böyüdü və  hərəkatımızı gücləndirdi ki, Tehran hakimiyətini qorxuya salmaqla birlikdə bölgədəki bəzi quvvələridə diskindirdi. Hər il tir ayının 10-u vəya ona yaxın cümə günləri gərçəkləşən bu yürüşə bütöv Azərbaycandan yüzminlər vətən aşıqləri qoşuldu və milli- siyasi mərasimlər geçirtməyə başladı.

Qorxuya düşən Fars şovinistlərinin Pərviz Vərcavənd adında bir nümayəndəsi  3 oktobr 2000 – ci il  o zaman prezident olan Xatəmiyə  bir məktub yazaraq bu yürüşün qarşısını almağa “ Azərbaycan Milli Hərəkatının”  inkişafını önlənməyə çağırdı.

Xatəminin daxili işlər nazirliyinə göndərdiyi asıb- kəsmə fərmanına baxmıyaraq 2001- ci il Babək qalasına yürüş elə bir əzəmətlə geçirildiki, Fars şovinizminin əlində olan Təbriz radyo- televizyonu, iştirak edənlərin sayını dəfələrlə azaldaraq öncə 100 min  və sonra sifarışlər əsasında  30- 50 min nəfər elan etməyə məcbur qaldı. Bu arada Baztab sitəsinində yalançı rəqəmləri və millətimizə etdiyi əhanətləri əlbəttəki unutmamışıq.

Qorxuya düşən Ermənilər isə Təbrizdə yaşıyan və özlərini Erməni və Ermənistanı müdafə etməklə sorumlu sayan bir erməni qurupu yartdılar.

2001- ci il yürüşündən sonra bu qrup Təbrizdə 70 nəfərlik bir iclas geçirdi. Abrahamiyanın sədirliyi, Şirin Haqverdiyanın təşkilatçılığı və Emil Hakopianın dəvəti ilə geçirilən bu iclas Tehrana bir məktub yazdı. Azərbaycan Milli Hərəkatının göstərcəsinə dönmüş Babək qalasına yürüş və bu hərəkatın qarşısını almaq üçün  iş birliyi təklif edildi.

Bu zaman Tehran bir tərəfdən Günyin fəallarını yaxalarkən, bir tərəfdən Şəmsi Təbriz və  Nəvidi Azərbaycan qazetlərini bağlayıb onların baş redaktorların məhkəmələrə sevq etdi. Digər tərəfdən isə bütün milli mərasimləri yasaq edərək tanınmış mübarizləri məhkəmələrdə sürünndürmək siyasətinə başladı. Bunada qane olmuyaraq milli hərəkata maniə törətmək üçün Qüzey Azərbaycanada hücümlar başlatdı, təyyarə və gəmilərlə müstəqqil bir ölkənin sərhədlərini pozmağa üz gətirdi.

14.07.2001 – də o zaman Təbriz ustandarı olan Yəhya Məhemmədyanı İravana göndərməklə Ermənilərin təklifləri baş tutmuş olsada hər tərəfli hücum dəvam etdi. Ermənistanda çıxan “Azq “ qazeti , Təbrizdə rejim tərəfdarı olan Nidayi Azərbaycan qazetləri ilə birlikdə Təbriz radyo televizyonu hücumlarının iti ucunu Quzey Azərbaycanda fəaliyət göstərən Güneylilərə yönəldərək Babək mərasiminə yardımçı olan  bu qaynağıda qurutmağa çalışdılar( bax: Nidayi Azərbaycan nümrə 43 tarix- dey ayının 21- i 1379,  nümrə 44 tarix Bəhmən ayının 10- u 1379, Bakıda çıxan Neytral qazetinin 13 may 2001 nümrəsi və yeni müsavat qazetinin 6 sentyabr 2001 tarixli sayına). Kin qınından  çıxardıqları bu qılıncın kəsgin üzünü isə daha ziyadə hüquq müdafiəçilərinə sarı salladılar.

2001-də İran təhlükəsilik şurasının sədri Həsən Ruhanının Bakı səfəri və Şimali Azərbaycanda gənc dövlətimizə etdikləri basqılar nəticəsində Azərbaycan dövləti ilə imzaladıqları 28 maddəlik anlaşma da bu inkişafı dayandıramadı. Çünki 2002- ci il Babək qurultayı daha şiddətli, daha güclü, daha sistematik və daha geniş bir biçimdə geçdi və qarşısı alınanlar dağlardan piyada aşaraq qalanı fəth etdi. Ərdəbil hərəkətçilərinin “ Bayındırxan “ tamaşası başladı və 2003- cü ildə bütün dünyanı heyran qoydu.

Əziz soydaşlar,

 Fars şovinizminin bu dağıdıcı, asdı-kəsdi siyasəti və zorakılıq tətbiqi millətimizi yıpradamadı-yıxamadı, bəlkə günü – gündən müqavimətimizi artırdı, gənclərimizin sinəsini dəlinməz bir qalxana çevirdi.

Onlar yaxşı bilirlərki, Türkü – Türkdən başqası yıxamaz. Əski oyunlarının dəvamında bizi öz içimizdən parçalamağa sürət verərək 2003- cü il Babək  qalasında milli mübarizləri açıqca qarşı- qarşıya qoydular. İş oraya çatdıki, ittilaatçılar millətçi köynəyinə burunub, dum-duru təmiz milli düşüncəli gənclərimizin içinə nufuz edərək Babək  qalasında dəyərli aqsaqqal mübariz, Əzizi bəyə əl uzatdılar.

2004-cü ildə müxtəlif bəhanələrlə milli hərəkatı parçalamağa doğru atılan addımlardan biridə Babək qalasına yürüyüşün tarixini deyişərək tir ayının 18-i təklifi olsada millət eti ilə qanı ilə becərdiyi bu ağacın köklərini qurumağa qoymadı. Bütün çətinliklərə baxmıyaraq mərasim geçirildi və o ilin yadda qalan  dəyərli sözü, bugün Təbriz zindanında zəncirə çəkilmiş dəyərli Çəngiz bəy Bəxtavərin həyat yoldaşının xitabəsi  oldu. Onun oğlunu qalada yaxalıyan polis quvvələrinə Burla xatun nəfəsi ilə hayqıraraq dedi” oğlumu aparırsız aparın, ama sazını vermərəm”. Bu nəfəslər millətimizə can verdi və Xurdadın biri dirçəlişinə yeni bir sürət qazandırdı.

Milli mübarzə tariximizin böyük iftixari sayılan Xurdad ayının biri dirçəlişi açıqca göetərddi ki, Artıq Güney Azərbaycanın bütün şəhərləri, qəsəbələri, kəndləri,dağları və daşları Babək qalasına- müqavimət meydanına çevrilmişdir. Bu inancımızın altını çizərək!

 Güney Azərbaycan Milli Birlik Şurası Babək qalasına yürüşü millətimizin böyük başarısı sayaraq onun dəvamını daha böyük uğur hesab etməkdədir. Özəlliklə daxildəki mübarizlərimizin zaman və məkan şərtlərinə görə  məntiqi çağırışlarına boyun əyərək istər Babək qalası mərasimi istərsədə şəhərlərdə planlanan demokratik təzahurati var gücü ilə dəstəkləyir. Ancaq bizim fikrimizcə “ Azərbaycan Milli Hərəkatının” bütün sahələrdə qalib gəlməsi üçün birləşib güc mərkəzinə dönüşməsi ön şərtdir. Bütün milli quvvələrimiz bir yumuruq kimi birləşdiyi gün azadlıq ışığına gözlərimizin aydınlanacağı dərin inancımızdır. Bir- birizdən ayrılmayın amandır.

Güney Azərbaycan Milli Birlik Şurası      

20 jun 2007

 

Ana Səhifə