Ayıq ol millət !
“ İranda demokrasi və ölkə bütövlüyünü qorumaq üçün Azərbaycan hərəkatı “ adı altında son günlər yayılan bəyaniyə əslində Azərbaycan Türk millətinin başına tikilmiş papaqdan başqa bir şey deyildir. Bu bəyaniyəni imzalıyanların içində bəzi görkəmli şəxsiyətlərin olması sadəcə milləti aldatmaq üçün aldatılmış vəya xəbərləri olmadan adları yazılmış Azərbaycanlılar ola bilərlər. Aydındır ki, İran siyasətində Azərbaycani yem kimi işlədib özlərinə ad, sərvət və məqam tapanlarda az olmamışdır. Bunların içində ən nadanları belə Fars şovinizmi tərəfindən böyüdülərək başımıza bəla edildikləridə hamımıza aydındır. Bu şahqulular həqiqi Azərbaycanlı olsaydılar , bu günə qədər başımıza gətirilən bəlalərdən , bütün milli varlığımızın talanmasından, Güney azərbaycanın xərabəyə çevrilməsindən, millətimizin qara günündən yazardılar. Tarixi təhrif edərək yalan söz və çirkin oyunlarla irgənç Fars şovinizminin xidmətində olanları millətimiz yaxşı tanır və əlbətdəki öz nifrətini bildirir. Bunlar geçmişlərindən utanmaq yerinə bir yandan ayağa qalxmış millətimizin potansiyelindən su istifadə edib, bir yandanda millətin bugünkü hakimiyətdən usandığını alət edərək yeni, ama çox daha qorxunc bir sistemin dalınca olduqları verdikləri bəyaniyədə apa açıq göstərirlər. Başa düşmürlərki, artıq bu millət Abbas bəy Leysanlıları, Seid bəy Mətinpurları, Leyla xanım Heydəriləri buraxıb, bunların, Azərbaycanı sataraq qazandıqları adların arxasınca getməz. Azərbaycan milli hərəkatı öz düzgün xəttini tapmış və Türk mehvəri ətrafında firlanan bir Azərbaycançılıq fikir dairəsində birləşmişdir. Bunu parçalamağa çalışanlar, özəlliklə İranda Farsçılıq siyasətinin quyruğuna düyünləmək istiyənlər ancaq satqınlar vəya hərəkətin içindəki nadanlar olabilər. Azərbaycan Türk milləti üçün Fars şovinizminin bütün qanadları, istər tacın altında, istər abanın altında , istərsədə kravatını düyünlüyərək mümkün olmuyan demokrasi örtüyü altında özünü göstərsin fərqi yoxdur. Bunlar bizə ancaq zillət və xiffət gətirmiş, bizi və ölkəmizi bütün sahələrdə dünyanın ən geri qalmış ölkəsinə çevirmişlər. Bugün Azərbaycan milli hərəkatı içində olan bütün çətinliklərə baxmıyaraq fikir baxımından özünü yetişdirmış, nəzəriyə baxımından iri addımlar atmış, siyası təhlil gücünü aldanmıyacaq qədər artırmışdır. Ona gərədə bu oyunlara gəlmədən özəlliklə cavanlarımız yaradıcılığına dəvam edəcək, düşmənin böyütdüyü adlar qarşısında öz daxilindəki aydın- ziyalı və şəxsiyət sahiblərini qoruyacaq və Azərbaycan düyününü öz millətinin əli ilə açacaqdır. Azərbaycanlı artıq gözəlcə anlamışdırki, İranda demokrasinin ən böyük əngəli Fars şovinizmi və onunda qarşısında dura biləcək tək güc milli hərəkətimizdir. Ona görədə “ Azərbaycan mərkəzli düşüncə sistəmində “ formalaşaraq hər şeydən öndə və öncə öz probləmini həll etməyə qərar vermişdir, vəssəlam.
Yaşasın Azərbaycan , Tanrı Türkü qorusun.
Böyük Rəsuloğlu : 02.04.08
|