Ana Səhifə
   

Azərbaycan milli hərəkatının inkişaf yolunda milli şura!

Böyük Rəsuloğlu      07.10. 07

 Aydındır ki, Fars şovinizminin çeşitli qollarının müxtəlif metodlarla milli hərəkatımızı və milli kimliyimizi bombarduman  etməsinə baxmıyaraq bu hərəkatın inkişafi dayanmamış və dayanmıyacaqdır. Özəlliklə fikir meydanında millətin özünə dönüşü və Türk mehvərli Azərbaycançılığın gənç teorisyənləri, 80 illik Fars hakimiyətinin yaratdığı uydurma tarixi əzib dağıtdıqdan sonra bunlar çaş- baş qalıblar.

Əməli sahədə isə millətimizin qaymaqları olan gənc və orta yaşlı mübarizlərimizin şovinist zindanlarını fəth etməsi, özlərinə şkəncə, ailələri və iş həyatlarına böyük hücum və təzyiqlərə baxmıyaraq sınmamaları və cananə dirənişləri şovinizmin belini bükməkdədir. Daha diqqət çəkən isə bu zindanilərin həyat yoldaşları və başqa Güneyli qadınlarımızın  burla xatun sayağı düşmənə hayqırması böyük bir inkişaf olaraq bunları lap kırıxdırmışdır. Bu qadınların becərdiyi uşaqlar bu millətin gələcyinin aydınlıq çiraği olacağıda inkar edilməzdir.

Zəncanlı milli hərəkətçilərə göstərilən vəhşiyanə şkəncələr isə Türkçülük şuurunun Azərbaycanın tarixi torpaqları sayılan Qəzvin, Həmədan Savə Ərak və başqa bölgələrə daşınıb yayılmasından gece yatanmıyan Tehran hakimiyətinin qorxusundan irəli gəlməkdədir. Ona görədə o bölgələrdə rəhmətlik Əli Kəmalənən tutumunu dəvam etdirərək bu inkşaf və gəlişməni dahada dərinləşdirmək təqdirə layiqdir.

Bununla belə şovinizmin beynalxalq səviyədə əleyhimizə apardığı siyasi fəaliyətin yanında öz daxilimizdəki çatışmamazlıqlarıda gizlətmədən açıqlayıb, analiz edib, çarə yolu tapmağımız hərəkətimizin gələcəyinin təzminatidir.

Şübhə yoxdur ki, Azərbaycan milli hərəkatının fikir meydanında qələm oynadanlar, özəlliklə gənclərimizin düşüncə sistemi bu hərəkatın nəzəriyə boşluğunu yavaş- yavaş doldurmaqdadır. Geçmişdəki müxtəlif siyasi axımların arxasınca sürünənlərdən, ideolojik sahədə başarılılarının bəziləri  Azərbaycan həqiqətlərini idrak edərək bu meydanda söz və fikir söyləmələri,  bir yandan sevindirici olsada bir tərəfdən də hərəkatımızı azdıraraq axsadır.

Azərbaycançılıq qalasının duvarlarının hörülməsində bu izlər geniş zaviyə ilə çox yanlı qavramlar ortaya çıxmaqdadır. Bu görüşlərin çeşitliliyi hərəkətimizin demokratikləşməsinə yardımçı olsada bəzən diktə edilmiş vəya borc alınmış qalıblardan eşiyə çıxamadığına görə milli mənafeimizə zid karakter alır.

Bu məsələ özəlliklə Amerika ilə İran arasında cərəyan edən soyuq savaşda özünü daha qabarıq göstərməkdədir. Adet üzərə Amerika empiryalizmindən söz açanlar  uzaq- yaxın başqa süpergücləri görməməzlikdən gələrkən özəlliklə Rus empiryalizminin bölgədə gərnəşərək qolçomaq siyasətini gözardı edərkən əslində Fars şovinizminin  bugünkü dar boğaz sancısından çıxmasına yardımçı kimi görünürlər.

Şübhə yoxdur ki, ağır basqılar altında qıvrıla-qıvrıla qovrulan Azərbaycanımızın qurtuluşu Amerikanın əlində deyildir. Çünki bir tərəfdən İrandaki geçmiş rejimin yüksək məqamlarının yeriklədikləri yenidən doğuş yolunda beynalxalq ilişgiləri bu qurtuluş qaplarını bağlamaqda bir tərəfdən isə lazim olan gün Haşimi Rəfsəncani əmmaməsini belinə doluyaraq əbasını nəft borularına bürüyüb, aq evin baxcasında əvədəliyərək pillələrindən üzü quylu sürünməyi irqi borc sayacaqdır. Daryuş Humayun kimi geri zəkalıların qısır day kimi kişniyərək “Azərbaycan milli hərəkatını qırmaq üçün bugünkü Tehran hakimiyətinin yanında olmalıyıq “ deməsi bir tərəfdən Fars şovinizminin dingiltiyə düşəndə çör- çöpə söykənə biləcəyinin sübutu ikən bir tərəfdəndə bu ağılsız üzdən ıraq siyasətçinin zaman və məkan dəngəsini itirdiyindən xəbər verməkdədir. Aydındırki onunla Rəfsəncanini müqayisə etməkdə bir tərəzinin gözləri ölçü dəyəri olamaz.

Amerikanın səsinin Farsca Tv və radyosunun Güney Azərbaycan və Türklər haqqında bugünkü tutumu özü- özlüyündə çox yaraları qaşımaqda və harda olmasından asılı olmuyaraq Fars şovinizminin diş qıcırtmasına  aydınlıq gətirir. Ancaq o ölkə insanlarının bölgədəki gərçəkləri öğrənərək Güney Azərbaycanın böyük potansiyelindən xəbərdar olduqları halda, bu sısqalardan qoparaq münasibətlərin deyişəcəyidə məntiqi təfəkkürdür, hətta inkar edilməzdir. Amerika və Avrupanı başa salmalıyıq ki, bölgədəki siyasi dəngənin gələcək tarazı Azərbaycan Türklərinin olduğu tərəzinin gözündə ağır basacaqdır, dayaz siyasəti buraxıb dərinliyə yenməlidirlər. Azərbaycan 300 milyonluq Türk dünyasının ürək qapısı və bu qapının açarıdır, silkinərək dünyaya yenidən baxmalıdırlar. Bunları, özəlliklə demokrat düşərgəni başa salmalıyıq ki, İranda demokrasinin ən böyük əngəli örtüyündən asılı olmuyaraq Farsçılıq siyasətidir. Bu təfəkkür və maniənin kürəyini yerə gətirəbilən güc isə ancaq Azərbaycnın gücüdür, bu hərəkət dahada güclənməlidir.

Bu vəya başqa formada İranda Farsçılıq siyasəti yeridən və yeritmək istəyənlərin qarşısında susaraq cıngır çıxarmıyan bəzi iflas etmiş ideolojilərin bəzi yançılarının milli hərəkətimizə yendirdikləri zərbə bəlkədə adət üzərədir.  Bunların bir bölümü bəzən Azərbaycan adına çıxış edərək istər bütöv Azərbaycan məfkürəsinin əleyhinə yazılan yazıları istərsədə Türklük və Türkçülük əleyhinə vurduqları dirsəkləri bu örnəyin açıq görüntüsüdür.

Bunun yanında hərəkəti idarə etməyə çalışan, rəhbərlik iddeasında vəya arzusunda olanlar, siyasətdə səbrin dəyərini öz mənafelərinə qurban verəcək səviyəyə düşməyə hazır olanlar, tələsgənlik edərək kəsə yol axdaranlar, milli hərəkətimizin hər gün yeni bir mərhələsindən danışaraq vəya ona əməli addım atmaq istəyənlərdə bilərək vəya bilmiyərək zərbə yendirməkdədirlər. Təcrübə göstərmişdirki, bu tip hərəkətlərin pozgunçu davranışlarının törətdiyi fəsadlar həddindən artıq böyük və yıxıcı olmuşdur. Bunun ən bariz nümunəsi, Türkcü- millətçi şuari ilə gənclərimizin bir bölümünə nüfuz edərək silahli mübarizə təklifləri ilə yeni mərhələdən danışanlardır. Zamansız və hazırlıqsız bu girişimlər millətimizə vurulan ən böyük zərbənin başlangıcıdır. Özəlliklə islam hakimiyətinin mühafizəkar bölməsinin son iki ildəki tutumu, gənclərimizə həddindən artıq təzyiq göstərərək asdı- kəsdi siyasətinin artırılması, istər – istəməz gənclərimizi əsəbləşdirərək bəzilərində radikal təfəkkürlərin yaranmasına səbəb olmuşdur. Bu oyuna oyuncaq olmamaq üçün əlimizdən gələni etməli və çıxış yollarını axdarıb tapmalıyıq.

Hər ağıllı insan bilirki, heç bir ölkədə daxili siyasi böhran güc tətbiq etməklə həll ola bilməz. Külün altında gizlənən köz kimi, bir balaca imkan taparsa körüklənər, qan üzəngiyə çıxar və zalimin tufağını yandırar. Bunu Fars şovinizminin də anladığına görə bu ağır təzyiqlərdən aşağdakı hədəflər güdüləbilər.

1-      Hərəkəti radikallaşdırmaq və hazırlıqsız milləti qaladıqları tongalda yandırmaq. Çünki onlar çox yaxşı bilirlərki bu millət hazırlaşırsa o alovda özləri yanacaqlar.

2-      İslahatçılara umid bağlatdırmaq.

3-      İmkan daxilində hərəkətin inkişafını dayandırmaq.

 Siyasi zindanilərimizi yorulmadan müdafie etmək, onların təzyiq altındakı ailələrinə baş çəkərək əlimizdən gələn yardımı göstərməklə bu oyunda Tehrana uduzmamağın qarantısı sayılmalıdır.

Milli hərəkatımızın inkişaf prosesinə bu zaviyədən baxanda, bəzi təmkinli, dözümlü və usta siyasətçilərimizin yazdıqları fikirlərə qoşulmamaq olamaz. Onları qarqış yerinə alqışlamaq, söymək yerinə sevmək və təcrübələrindən istifadə etmək millətimizin yararınadır.

Bugünkü dünya şərtlərində, geçmişdəki mübarizə teorilərinə dayanaraq inqilabdan, terordan, yıxıcılıqdan danışmaq yerinə demokratik mübarizədən, dünyanın hür səsindən, beynalxalq hüquq normalarından istifadə edərək, milləti qorxudmadan- çəkindirmədən inkişafa doğru aparmaq ən düzgün yoldur.

Soyuq savaşdan sonra dünyamızda gedən demokrasi- diktatorluq arasındaki mübarizədə demokratların səfində duraraq beynalxalq himayəni qazanmaq doğru siyasət sayılır. Təcrübə sübut etmişdirki, Mao- nun dediyinin tərsinə” siyasət tüfəngin ağzından” çıxmadığı kimi demokrasidə tankların təkərləri altında daşınamaz, əzilər.

Onun üçündür ki, daxildə və xaricdə milli hərəkatımızın nəzəriyələrini təkmilləşdirərək şovinizmin düşdüyü bu dar boğazda boğazından yapışmağı bacarmalıyıq.

22 may 2006 dirçəlişini bir dönüş noqtəsi- yeni mərhələ adlandırmaq olsada, hər gün yeni bir mərhədən danışmaq yerinə, hər gün irəliyə doğru yeni bir addım şuari daha uygun görüş sayıla bilər.

Bu sözləri yazarkən həmən işarə etmək gərəkir ki, bəzi Kürd dəstələrinin qərbi Azərbaycanda yaratmaq istədikləri durum qarşısında mübarizə metodumuz yuxarıda qeyd etdiyimdən fərqli olaraq təzahür etməlidir. Təəssüflə bu dəstələrin apardıqları anti- Türk və anti – Azərbaycan fəaliyətləri o bölgədəki Azərbaycanlıların silahlanaraq özlərini müdafiə etmək zərurətini ciddi şəkildə ortaya çıxarmışdır. Əsasən “ müdafie nəfs” fəlsəfəsi tarix boyu olduğu kimi bugündə geçərli , qanuni və beynalxalq hüquq normalarına uygundur. Fars və Kürd şovinizminin birlikdə yaratmaq istədiyi bu probləm, Fars hakimiyətinin bölgədəki millətlər arasında dəngə yaratmaq siysətini təmin etdiyi halda, Kürd xalqına böyük itgi gətirəcəyini bu xalqa anlatmaq lazimdir. Bunu üçündə bu qruplarla müzakirə qaplarını açıq saxlamaqla birgə, bu danışıqları bu dəstələrin torpaq iddeaları, xəritə çıxarmaları və qışqırdıcı təbliqatlarının kəsilməsinə bağlamaq zərurəti gözdən qaçırılmamalıdır. Əksi təqdirdə özümüzə siyasətçi dönü geydirərək, bunların bir dəstəsi ilə müzakirələr apardığımız halda, o biri dəstənin əleyhimizə uyguladığı təbliqat ağır nəticələr verəbilər. Çünki bu aldatmacaya uyarsaq, millətin bir bölümünü yuxladıb, özünü mudafiə fikrindən uzaqlaşdıra bilərik.

Yuxarıda yazdıqlarımdan anlaşılır ki, biz bütün dünya millətləri və ölkələri ilə diplomatik ilişgi qurmağa üstünlük verməliyik. Ancaq bunun iki şərti var:

1-      Bu dövlət və millətlər demokratik prənsiplərə uymalı.

2-      Bərabər hüquqlu və qarşılıqlı mənafe əsas alınmalıdır.

Bununla belə genə yuxarıda da yazdığım kimi heç bir dövlət vəya millət bizim haqqımızı alıb bizə verəcək durumda olamaz. Onun üçündür ki, demokratik prənsiplərə dayanaraq, bütün gücümüzü millətimizin ayılmasına, sistematik çalışmağa, özəlliklə mütəşəkkil olmağa sərf edərək, əl - ələ verib birlik qalasının duvarlarını bərkitmək məcburiyətindəyik.

Hər kəs yaxşı bilir ki, insanlar haqlı olaraq güc ətrafına toplaşar. Azərbaycan milli hərəkatının birləşib güc mərkəzinə dönüşməsi başarı ilə yerinə yetirilirsə əslində milli mübarizəmizdə yeni bir mərhənin başlangıcı olabilər.

“Güney Azərbaycan Milli Birlik Şurası”- nın doğru usullala yaranması bu arzunu gərçəkləşməsi yolunda atılan dəyərli bir addım olduğuna görə bütün  səmimi milli fəallarımızın qollarını çırmalıyaraq bu şuranın yaranmasına yardımçı olması milli görəv sayılmalıdır. Yaranmaqda olan bu şuranın Frankfortdakı illik toplantısından alınan nəticələr göstərir ki,

1-      Bu Şura heç bir şəxs, qrup, təşkilat vəya dövlət caynağında olmuyacaq və burada üzv olan bütün soydaşlar tam demoktatik surətdə irəli addımlıyacaq.

2-      Yeni seçilən müvəqqəti başqanlıq şurası və icra komitələrinin tərkibi göstərir ki, bu qurumda gənclərimizin qoşulub dinamik fəaliyət aparmalarına böyük önəm verilir. Seçilən 17 nəfərin ortalama yaş ağırlığının 35 – 40 olması bu iddeanın açıq göstərcəsidir.

3-      Bon iclasında seçilən 7 nəfərlik baş komitə heç bir əsasnamə və nizamnamə olmadan ilk addımları atdığı halda bugünkü başqanlıq şurası və icra komitələri   nizamnamə əsasında fəaliyət imkanı qazanmışdır.

4-      Təklif olunan əsasnamədə kiçik deyişikliklərin hazırlanıb, üzvlər arasında müzakiryə açılıb, qurultayda tesvib olunması düşüncəsində yer alan 20- 25 nəfərlik “aqsaqqallar şurasi” vəya “ ali şura” yaranması özü- özlüyündə birliyə doğru böyük bir addım sayılmalıdır.

5-      Öndər tutulan “ milli müqəddərati təyin” siyasətı güney Azərbaycanda açıq fəaliyətin aparılmasına imkan yaratdığı kimi orada ali şuraya üzv seçilməsinin təminində böyük bir inkişaf sayılır.

 

Bütün bunlara baxmıyaraq çatışmamazlıqlarında olduğunu inkar etmək olmaz. Ancaq bu probləmlərin həllini uzaqda durub, yıxıcı tənqidlərdən də gözləmək olmaz. Bunuda artırmalıyam ki, artıq filan kəs olsa mən olmaram düşüncəsini yıxıb, yerinə hamımızın əl - ələ vermək təfəkkürünü tikməliyik. Şübhə yoxdur ki, insanların karekterləri fərqli olaraq yapıcı vəya yıxıcı ola bilər. Yıxıcıların qarşısını almaq üçün hərəkətdən küsmək deyil, qoşularaq heç olmasa onların mənfi təsirini azaltmaqdır.

Onun üçün, umid edirəm, başqa sözlə əmin və arxayınam ki, yeni seçilən məsullar şəxsi səliqələri bir yana buraxıb, nizamnaməyə uygun hərəkətlə toplntıda alınan qərar əsasında böyük bir qurultaya hazırlıq aparacaqlar.

Millətimizin umid qaynağı olan milli birliğin açarları artıq sizin əlinizdədir.

 

Ana Səhifə