Ana Səhifə
   

 Böyük Rəsuloğlu :

23.04.2008

 

Sulduz Həftəsi !

 Azərbaycan milli hərəkatı böyüdükcə inanılmaz başarılara qol çəkməkdədir. Güney Azərbaycanda dəyərli gənclərimizin “ Sulduz Həftəsi “ elan etməsi ilə artıq tariximizi özümüz yazmağa başlamışıq anlamı ortaya çixmişdir. Bu zərurəti duyan və məzlum ama məğrur millətimizin haqqını- hüququnu qoruyan bu milli təfəkkürlü gənclərimizə eşq olsun.

Bölgədə baş vermiş hadisələri özəlliklə geçən yüz ildə başımıza gətirilən müsibətləri zamanında və düzgün fikir dairəsində yazıb millətimizə təqdim etsəydik, bəlkədə bu qədər uduzmazdıq. Birinci dünya müharibəsi ərəfsində Urmu və ətrafındakı qırqınları, Türklük şuurundan pay almıyan Əli Dehqanlar, Məhəmməd Təməddünlər, Mötəmədül vüzəra və kəsrəvi lər qələmə almasaydı, bəlkədə Türk millətinin qanı batmış olacaqdı. Ancaq bugün Azərbaycan türk milləti, özəlliklə fədakar cavanlarımızın yiyələndiyi milli şuur tariximizin düzgün yazılmasının muşduluqçusudur. Tam həqiqətləri əks etdirəbiləcək öz qələmimizdən axan gərçək tariximiz millətimizin geçmişindən gələcəyə işıq tutacaq bir aydınlıq çirağı olacağında şübhə ediləməz. Yalançı təbliqatın siyasətdə vurduğu zərbə qədər yalançı tarixində millətin varlığına vurduğu zərbə inkar edilməzdir. Bunun ən bariz nümünəsi isə Fars şovinizminin geçən yüz ildə tarixi təhrif edərək özünə qazandığı uydurma kimliyi göstərmək yerində bir ölçü dəyəridir. Yüz il bütün imkanlardan istifadə edərək, millətimizi uydurub yuxuya verən bu təbliqatçıların toxuduğu tor, geçən 15- 20 ildə heç bir maddi imkana malik olmuyan sadecə inam və əqidə ilə yola çixan seçginlərimizin nəzəriyələri ilə yırtıldı. Özünü toparlama imkanı olmadığına görədə qılıncını qınından çıxaraq nahaq olduğunu dünyaya göstərdi.

Onun üçündür ki, aşırı və düşürü duygulara qapılmadan hadisələrin dərindən araşdırılması və özəlliklə canlı şahidlərin məlumatı böyük önəm daşımaqdadır. Suyu bulandırıb balıq tutmaq istəyənlər isə öz müdaxilələri ilə milləti çaş- baş salmağa çalışabilərlər. Hətta sapı özümüzdən olan baltalarla həqiqətləri inkar etməyə çaba göstəriləcəyidə düşünülməkdədir. Güvənli qaynaqlara istinadən güvənli kütləvi informasyon vasitələri, sitə, radyo- tv və yzıçılarımızın boynuna böyük görəv düşməkdədir.

İslam inqilabindan sonra dinimizin ədalət prensiplərinə etiqadla birlikdə, islamda siyahi Hebeşi ilə seyidi Qureyşinin arasında heç bir fərq yoxdur fikri ilə Azərbaycnda inkişaf projələri yrinə yetirmək üçün bölgəyə çoxlu səfərlərim omuşdu. Bu səfərlərin birində Kürdüstan demokrat partiyasının Urmuya və özəlliklə Urmu qışlasına hücümünün şahidi oldum. Millətin əlində olan kiçik çaplı silahlarla necə müqavimət göstərərək mühacimləri geri oturtduqlarını görüb, Tərzili, Siyavuş dizəsi kimi kəndlərdə gizlənən teror dəstələrinin mənsublarını yaxalamağa çalışan xalqı alqışlamışdım.

Bənd xiyabanında o gözəl və modern evlərə soxulmuş, qumparə və başqa silahlarla şəhərə girməyə cəhd edən bu dəstələrin, o evlərin çoxunu təxrib edərək qaçarkən talan etdiklərini yaxından görmüşdüm.

 Ama Sulduzda nələrin baş verdiyindən düzgün xəbərim yox idi, ancaq beynimin yarıqları zehniyət dəryasında boğulmaqdaydı.

Dəqiq xatirimdə qalmasada ehtimalən 1361-ci il “Karab” məhəndis müşavir şirkətinə çalışdığım zaman Sulduzun Gadar və Balıqçı çaylarının projələrində iştirak edirdim. Ovadaki su, topraq və başqa qaynaqları araşdırmaq üçün addım- addım gəzib təhqiq etməlydik. Məmmədyar ( Tür kəndi ) dağ ətəyindki köpəkli ( Kürd kəndi ) və Sulduz üçgəninin ortalarında olan ərazidə bir çox türk kəndlərinin yıxılıb dağıldığını görəndə kəndlilərdən soruşdum.

Demokrat partıyası və Komlənin hücümlarında bu kəndlərin təxrib edilib talandığnı eşidəndə Qarna hadisəsi ilə bağlı Tehranda üzdən iraq əntirnasyonalistlərin təbliqatları xatirimə düşdü.

“Tehranın Narmək bölgəsinin en böyük məscidi 7 göl məntəqəsinə yaxın olan cümə məsciddir. İnqlab sonrası o məscid həmişə dolu olardı və ətrafdan gələn xəbərlərlə birgə məlumatlar yayınlanardı. Məscidin həyətinə böyük giriş qapısının iki tərəfində böyük xətlərlə 70 - 80 nəfərin  adı yazılmış və bunlar kürd şəhidlər adlandırılmışdı. Üstünə bir elamiyə yapışdırıb, Sulduzla xana arasında yerləşən bu Kürd kəndinə hücum edən Urmu xalq qoşununun kəndi yer ilə bir etdiyi və insanları qətlə yetirdiyi yazılmışdı”.

Bir gün Sulduzdan Qarnaya getdim, böyük, təmiz , gözəl bir kənd oturmuşdu dağların ətəyində.  Sulduzda gördüklərimin tərsinə  burada heç bir yıxıq duvar, sınıq salxaq qapı, boş və ya təxrib edilmiş ev görmədikdə, sözdə ədalət uğrunda mübarizə aparanların yalançı təbliqatlarının insanlığa vuran ziyanlarını düşünürdüm.  Ədalət naminə nifrət kini səpənləri qarqışlayırdım.

Sulduz ovasında təxrib edilmiş evlərə yeni- yeni və yavaş- yavaş gələn Türk kəndlilərdən eşitdiyim sözlər isə hələdə unudulmamışdır.

Onlar deyirdilər “kəndlərimizi o dağ döşündəki  Köpəkli kəndindən qumparaya tutmuşdular. Onlarla biz qonşuyuq və illər boyu duz- çörək kəsmişdik, hələ hücümçular içində çoxlu Türk gənclərinində olması lap ağla sığmıyandır”.

Geçən həftə “ Bizim Sulduz “ nəşriyəsinin Qarna hadisəsi ilə bağlı yazısını oxuduqdan sonra əminəmki soydaşlarımız həqiqətləri görüb, yalançılara ağız büzəcəklər. Müqavimət gücünü dahada artıraraq bölgənin ota çəkilmə planını önlüyəcəkdir.

Teror dəstələrinə aldanaraq topraqlarımızda qan axıdmağa sürütlənən qonaqlarımız isə özlərini xam bir xəyal uğrunda qurban vermiyəcəkdir.

 

http://sedaye-iranian.blogsky.com/?PostID=214

 

Ana Səhifə